Gürcüstana quru yolla daxil olma qaydaları açıqlanıbbackend

Gürcüstana quru yolla daxil olma qaydaları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək.Tia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qaydaların asanlaşdırılması yoluxma hallarının artması riski yaradır. Bu səbəbdən neqativ cavablı PZR analizi nəticəsini təqdim etməyən şəxslər Gürcüstanın quru sərhədlərindən ölkə ərazisinə buraxılmayacaqlar.

Qeyd edək ki, Gürcüstan iyunun 1-də quru sərhədlərini açmağı planlaşdırır.