Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildibackend

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

TİA.AZ-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb.

O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib.

Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.