“Grand Palace” MTK-nı cərimələdilərbackend

“Grand Palace” MTK-nı cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Grand Palace” MTK barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Yanğın təhlükəsizliyini ppzan MTK-nın işinə 26 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılcaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar