Gömrük Komitəsi Qafqaz Konserv Zavoduna cərimə yazdıbackend

Gömrük Komitəsi Qafqaz Konserv Zavoduna cərimə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqaz Konserv Zavodu” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın icraatındadır. Baxış iclası aprelin 2-də keçiriləcək.