Gömrük Komitəsi “Aktif Elektrik” MMC-yə cərimə yazıbbackend

Gömrük Komitəsi “Aktif Elektrik” MMC-yə cərimə yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi “Aktif Elektrik” MMC-yə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə tərtib edilib.

Buna səbəb isə qısa idxal bəyannaməsinin malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsidir. Qanunvericiliyin bu tələbinin pozulmasına görə, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Aktif Elektrik” MMC 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 672 500 manatdır. Qanuni təmsilçisi Mahir Hüseynov Ədalət oğludur.