GÖMRÜK GENERALININ QARDAŞI OĞLU KORRUPSİYA İLƏ HƏBS OLUNDU – EKSKLÜZİVbackend

GÖMRÜK GENERALININ QARDAŞI OĞLU KORRUPSİYA İLƏ HƏBS OLUNDU – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat zamanı həbs edilən gömrük əməkdaşlarından birinin kimliyi haqda sensasion məlumat əldə etmişik.
TİA.Az-a daxil olan xəbərə görə, aparılan əməliyyat-istintaq tədbirləri zamanı saxlanılan Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Emin Xəlilov Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun qardaşı oğludur.

Generalın qohumu Emin Xəlilov barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Lakin görünür ki, general Təmkin Xəlilov qardaşı oğlunu qoruya bilməyib və rüşvətxor əməlləri ifşa edilib. Bu faktın özü bir həm də təsdiqləyir ki, gömrük sistemində tayfabazlıq, qohumbazlıq davam edir.
Xatırladaq ki, ümumilikdə Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

TİA.Az