Futbol oyunu zamanı ölən futbolçular – VİDEOLARbackend

Futbol oyunu zamanı ölən futbolçular – VİDEOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər idman növündə olduğu kimi futbolda da insan ölümləri görülə bilir.

Xüsusilə 90 dəqiqə meydançada bir yerdə dayanmayan futbolçular üçün risk hər zaman var. Sonuncu belə futbolçu ölümü isə Mart ayının 4-ündə baş verib. “Fiorentina” klubunun kapitanı, sabiq “Milan”-lı Davide Astori qaldığı oteldə ölü olaraq tapıldı.

Bu gün isə biz, Minval.İnfo saytı olaraq meydançada, minlərin gözü qarşısında baş verən futbolçu ölümlərindən bəhs edəcəyik.

Mark Viviyen Foe

“Olimpik Lion”, “Mançester Siti”, “Uestxam Yunayted” komandalarının formalarını geyinmiş Kamerunlu oyunçunun ölümü 26 iyun 2003-cü baş verib. 2003-cü il konfederasiyalar kuboku Kolumbiya və Kamerun komandaları arasındakı yarım final oyununun 71-ci dəqiqəsində Foe yerə yıxılır. Görüntülərdə onun huşunun yerində olmadığı aydın görülür. Təcili xəstəxanaya aparılan Foedən bəd xəbər oyunun sonunda gəlir. Bundan bir gün sonra keçirilən Fransa və Türkiyə milliləri arasındakı oyunda qol vuran Tieri Hanri qolu onun xatirəsinə barmağı ilə yuxarını göstərərək qeyd edir.

Abdelhak Nuri

Hələ 20 yaşında təzə-təzə “Ayaks”-da əsas heyətdə oyunlara çıxan Nuri 8 iyul 2017-ci ildə “Verder Bremen”ə qarşı yoxlama oyununda huşunu itirərək yerə yıxılır. Xəstəxanaya aparılan gənc oyunçu 5 gün komada olur. 13 iyulda isə vəfat edir.

Fil O’Donnel

35 yaşlı sabiq “Seltik”-li oyunçunun ölümü bir qədər dramatikliyi ilə fərqlənir. “Maderuell” və “Dandi Yunayted” klubları arasındakı oyun zamanı qol vurduqdan sonra azarkeşlərə tərəf qaçaraq qolu qeyd etmək istəyən oyunçunun anidən ürəyi sancır. Xəstəxanaya aparılan Şotlandiyalı orada vəfat edir.

Emanuel Orteqa

Argentina aşağı liqasında, “San Martin De Burzako” klubunda çıxış edən oyunçu “Yuventud Unida” komandasıyla oyun zamanı Rəqiblə mübarizə şəraitində yıxılaraq reklam lövhələrinə çırpılır. Təcili xəstəxanaya aparılan oyunçunun həyatı xilas edilə bilmirlər.

Sergey Perkhun

Ukraynalı qapıçı 2001-ci ildə “ÇSKA” və “Anji Mahaçqala” komandaları arasındakı oyun zamanı rəqib futbolçu ilə toqquşması nəticəsində başından xəsarət alır. Dərhal xəstəxanaya aparılan futbolçu 9 gün sonra vəfat edir. Qeyd edək ki, Sergey Rusiya liqasında zədədən ölən ilk və tək oyunçudur.

Antoniyo Puerta

“Sevilya” klubu ilə 2 dəfə UEFA avropa liqasının qalibi olmuş, İspaniya millisinin üzvü Antoniyo Puerto 2007-ci Avqustun 25-i “Xetafe” ilə oyunun 31-ci dəqiqəsində özünü pis hiss edir və oyundan çıxarılır. Paltar dəyişmə otağına gedən oyunçunun ürəyi tutur. Xəstəxanaya aparılan Puertanın 48 saat sonra, avqustun 28-ində öldüyü xəbəri bütün dünyanı şoka salır.

Piermario Morosini

Morosini 2012-ci ildə “Udinese” klubundan kiralanaraq “Livorno” klubuna qoşulur. Elə həmin il “Peskara” və “Livorno” komandaları arasındakı oyun zamanı onu infakt vurur. Xəstəxanaya aparılmasına baxmayaraq oyunçu xilas ola bilmir. Bundan başqa onun ölümündə məsuliyyətsizlik faktı aşkar edilir. Məlum olub ki, Stadiondan kənarda maşınların bir çoxu düzgün parkinq olunmadığından təcili tibbi yardım maşını xəstəxanaya gec çatıb.

Miklos Feher

Macarıstanlı oyunçu “Benfika” klubunun heyyətində “Viktriya Qumereş” ilə oyun zamanı qayda pozuntusu etdiyinə görə sarı kart alır və buna reaksiya olaraq gülür. Lakin bundan saniyələr sonra o, anidən yerə yıxılır. Oyunçuya lazımi müdaxilələr edilsə də artıq iş-işdən keçmiş olur.

Feherin xatirəsinə “Benfika” klubunun müzeyində büts ucaldılır.

Tamerlan Mehdi