Türkiyənin “Dənizlispor” klubunun futbolçusu Ogenyi Onazi sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Videoda koronavirus epidemiyasına görə evdən çıxmayan futbolçunun təkbaşına nərd oynaması əksini tapıb. Görüntülər sosial şəbəkədə geniş maraq doğurub.