ETSN-nin bu işçiləri üçün xüsusi geyim formaları hazırlanacaqbackend

ETSN-nin bu işçiləri üçün xüsusi geyim formaları hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması təsdiq edilib.

TİA.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat norması”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə əsasən hazırlanıb.

Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və onların təchizat normasını müəyyən edir.