Etiraz edən UNEC tələbələrinə Osman Gündüzdən cavabbackend

Etiraz edən UNEC tələbələrinə Osman Gündüzdən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UNEC tələbələrinin imtahan suallarının verilməsi ilə bağlı tələbləri ədalətsiz və doğru olmayan yanaşmadır.Mən gözləyirdim ki, tələbələr tamam başqa məzmunda tələblər irəli sürəcək.
TİA.az xəbər verir ki, bu sözləri UNEC tələbələrinin imtahan sualları ilə bağlı etirazına fikir bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Sualların və ya cavabların verilməməsi tələbələr üçün əlavə bir yükdür , əlavə əzab-əziyyətdir. Daha çox oxumaq , daha çox zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil üçün , keyfiyyətli bilik və bacarıqlar üçün bunlar zəruridir. UNEC də tədrisin keyfiyyəti və qiymətləndirmə istiqamətində uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər ki, distantın yaratdığı diskomfort mühit Universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb. Amma nəzərə almaq lazımdır ki, UNEC az sayda universitelərdən biridir ki, məhz distantın keyfiyyətini qaldırmaq üçün əlavə xeyli investisiyalar yatırıb. Fikrimcə, tələbələrin distantın keyfiyyəti və mahiyyəti ilə bağlı, tələbələr və müəllimlər üçün internetin əlçatanlığı və keyfiyyəti ilə bağlı müzakirələr açıb Universitetə və hökumətə təkliflər verməsi daha məntiqli olardı”
Xatırladaq ki, UNEC-də bakalavr və magistraturada əyani təhsil alan tələbələrin test üsulu ilə keçiriləcək imtahanlarında test suallarının məxfi saxlanılması ilə bağlı qərar qəbul edilib.

TİA.az