“Ərim məni öz sevgilisi ilə tanış etdi, yaxşı qız idi” – Tanınmış müğənnibackend

“Ərim məni öz sevgilisi ilə tanış etdi, yaxşı qız idi” – Tanınmış müğənni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli müğənni Leman Sam yoldaşının onu dəfələrlə aldatdığını etiraf edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənni Leman Sam qonaq olduğu verilişdə keçmiş həyat yoldaşı Səlim Sam tərəfindən aldadıldığını etiraf edib. Sam yoldaşının ona xəyanət etdiyi qadınla tanışlığından danışıb: “Mən evlənəndə qızlarımın atası başqa biriylə birlikdə idi. Mən artıq boşanmaq istəyirdim. O, istəmirdi. Mən icazə verdim və o məni həmin qadınla tanış etdi. Yaxşı qız idi. Danışdıq. Sonra onlar ayrıldılar. Boşanmadan əvvəl yanıma gəldi və “yoldaşın mənə gör nə etdi”dedi. “Hardan mənim yoldaşım olur, o, sənin yoldaşındır” dedim.
Ləman Sam daha sonra yoldaşının xəyanət etdiyi başqa bir qadından da danışıb: “Bir gün qapının zəngi yenidən çalındı. Arıq, sarışın bir qız gəldi. Adı Funda idi.” Səlimlə evlənəcəyik” dedi. Ona çox üzüldüm və xəbərdarlıq etdim. Ona dedim ki, bax bu insanda belə xüsusiyyətlər var. Xəbərdarlığa baxmayaraq “O, səni heç sevməyib” dedi və getdi. Sonra Ankarada bir səhnəm oldu. Proqram bitdikdən sonra qız otağıma gəldi və “Sən nə qədər haqlı imişsən” dedi.