Şəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər – VİDEObackend

Şəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər poliklinikasında qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar artıq 15 gündür bununla bağlı poliklinikaya gəlib-getsələr də lazımı preparatlarla təmin olunmadıqlarını iddia ediblər.

Onlar şəkərli diabet xəstələri üçün nəzərdə tutulan preparatların apteklərdə kifayət qədər olduğunu bildiriblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib ki, yaxın günlərdə həm Bakı, həm də bölgə poliklinikalarında şəkərli diabet xəstələrinin qarşılaşdıqları problem aradan qaldırılacaq.