Fikonun həyatı hələ də təhlükədədirbackend

Fikonun həyatı hələ də təhlükədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Slovakiyanın baş naziri Robert Fikonun həyatı hələ də təhlükədədir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, dünən sui-qəsd cəhdində güllə yarası alan baş nazir əməliyyat olunsa da, həyati təhlükəsi qalmaqda davam edir.
Qeyd edək ki, mayın 15-i axşam saatlarında Slovakiyanın baş naziri Robert Fiko Gandlova şəhərində Nazirlər Kabinetinin iclasından sonra baş verən atışmada yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbirin sonunda siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi eşidilib və Fiko yerə yıxılıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, Fikonu 71 yaşlı yazıçı Juraj Cintula vurub.