Son həftələr ərzaq məhsullarında qiymət artımı baş verib. Lakin bəzi məhsullar isə ucuzlaşıb. Tribunainfo.az araşdırıb ki, bahalaşan məhsullar arasında yağ xüsusi yer tutur. Son günlər həm duru, həm kərə yağının qiyməti qalxıb. Eyni zamanda, ağartı və süd məhsullarının qiymətində artım qeydə alınıb. Bundan başqa, kolbasa-sosis, toyuq məhsulları, şəkər tozu, qarabaşaq, makaron və vermeşilin qiyməti də qalxıb. Ucuzlaşma isə yumurta və çörəkdə olub. İqtisadçıların fikrincə, inhisarçılıq olmayan sahələrdə rəqabətlilik olduğu üçün ucuzlaşma baş verir.
Roman