Ərdoğandan Brunson açıqlaması: – “Məhkəmə qərarlarına hörmət etməliyik”backend

Ərdoğandan Brunson açıqlaması: – “Məhkəmə qərarlarına hörmət etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində həbsdə olan keşiş Brunson haqda açıqlamalar verib.

Open.az “Reuters”ə istinadən xəbər verir ki, Ərdoğan oktyabrın 12-də Brunsonun növbəti məhkəməsinin baş tutacağını söyləyib:

“Mən məhkəmə mənsubu deyiləm, Türkiyə Respublikasının prezidentiyəm. Məhkəmə qərarlarına hörmət etməliyik. Hazırda haqqında danışdığımız şəxs Türkiyədə terror təşkilatları ilə münasibətdə olduğu üçün həbs edilib. Məhkəmə prosesləri davam edir. Səhhətində problem yarandığı üçün ev dustaqlığına qərar verilib. Oktyabrın 12-də məhkəməsi baş tutacaq. Onun barədə nə qərar veriləcəyini isə bilmirəm. Təbii ki, buna siyasətçilər də qərar verə bilməz. Buna bənzər hadisələr Amerikada da baş verir. Hazırda 251 vətəndaşımızın ölümünə səbəb olan FETÖ-çular ABŞ-da yaşayır. Lakin onlar mühakimə olunmur”.