Elon Mask sirri açıqladı – UĞURLU OLMAQ ÜÇÜN BUNLARI EDİN!backend

Elon Mask sirri açıqladı – UĞURLU OLMAQ ÜÇÜN BUNLARI EDİN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elon Mask uğurun 5 sirrini açıqlayıb. 
AZXEBER.COM xəbər verir ki, dünyanın ən zəngin iş adamlarından biri olan “Tesla” və “SpaceX” şirkətlərini idarə edən Elon Mask Lex Fridmanın proqramına qatılıb. Bir çox mövzuda açıqlamalar verən Mask həyatda uğur qazanmaq istəyən gənclərə məsləhətlər verib.
1- Faydalı olun.
Gənclər faydalı olmağa çalışmalıdırlar. İnsanlara və dünyaya fayda verəcək işlərlə məşğul olun. Faydalı olmaq çox çətindir. Əgər kimsə faydalı həyat sürürsə, o insan yaşamağa dəyər bir həyat yaşayır.
2- Cəmiyyə töhvə verin.
Elon Maskın ikinci tövsiyəsi də birincisi ilə çox bağlıdır. Elon Maskın fikrincə, uğur qazanmaq istəyənlər cəmiyyətə aldıqlarından daha çox şey verməlidirlər.
3- Lider olmağa çalışmayın.
Dünyanın ən varlı adamı olan Mask gənclərə  lider olmağa çalışmamağı tövsiyə edib. Maskın fikrincə, bizim lider olmaq istədiyimiz insanlar çox vaxt lider olmaq istəməyən insanlardır.
4- Kitablar oxuyun.
Uşaqlıqda Fridmanın proqramında ensiklopediya oxuduğunu bildirən Mask kitab oxumağın faydalarına toxunub: “İnsanları kitab oxumağa təşviq etmək istərdim. Bacardığınız qədər çox məlumat əldə edin və ümumi biliklərə sahib olun. Bununla da informasiya dünyasında ən azı ümumi biliyə sahib ola bilərsiniz”.
5- İnsanlarla danışın.
Elon Maskın gənclərə verdiyi son məsləhət “insanlarla danış” olub: “Həyatın müxtəlif təbəqələrindən olan insanlarla, müxtəlif sənayelərdən, bizneslərdən və istedadlardan olan insanlarla danışın. Bacardığınız qədər çox şey öyrənin”,- deyə o, uğurun sirlərini bölüşüb.