backend

Əhalinin qışda qaz problemi olmayacaq – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazırdır. 

Yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazırdır.


“Azneft” İstehsalat Birliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, yeraltı qaz anbarlarına qazvurma mövsümü 2016-cı ilin aprel ayında başlamış və “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması noyabr ayında uğurla başa çatdırılıb. Qazvurma mövsümü ərzində anbarlara ümumilikdə 1 milyard 987 milyon kubmetr qaz vurulub.

Keçən ildən qalan qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 milyard 871 milyon kubmetr təşkil edib. Bu ölkəmizin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir. Bu il ölkə ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin qaza olan tələbatının artmasını nəzərə alaraq, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə daha tez başlanılıb.

Bununla bağlı olaraq cari ilin oktyabr ayının 24-dən qazgötürmə mövsümü başlayıb. 14.11.2016-cı il tarixinə olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185.6 milyon kubmetr qaz götürülərək təhvil verilib ki, bunun da 167.8 milyon kubmetri “Qaradağ”, 17.7 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv qazın həcmi 2 milyard 685 milyon kubmetr təşkil edir.