“Əfv Komissiyasının iclasları başa çatmadığına görə konkret rəqəm bilinmir…”backend

“Əfv Komissiyasının iclasları başa çatmadığına görə konkret rəqəm bilinmir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə növbəti əfv sərənacmının verilməsi gözlənilir.
Xeyli müddətdir ki, Əfv Məsələri komissiyasının da intensiz işlədiyi barədə mətbautda açıqlamalar gedir.
Maraqlıdır, görəsən, Prezidentə təxminən neçə nəfərlik əfv siyahısı təqdim edilib?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Moderator.az əməkdaşının bu sualına aşağıdakı cavabı verib:

“Hazırda Əfv Məsələləri Komissiyasının iclasları başa çatmayıb. Ona görə də indidən hər hansı konkret rəqəmlər səsləndirmək mümkün deyil. Komissiyaının iclasları yaxın zamanlarda başa çatacaq. İndiyədək yüzlərlə ərizəyə baxılıb və müvafiq rəylərlə bağlı qərarlar qəbul edilib. Konkret neçə nəfərə əfv sərənacmının şamil olunacağı ancaq cənab prezidentin konstutusion səlahiyyətlərinə aid olduğundan bu barədə kiminsə fikir bildirməsi də doğru deyil. Ümumiyyətlə bu tip informasiyaların verilməsinin özü də etik davranış qaydalarına uyğun olmalıdır”.