DÜŞMƏNİN NƏ QƏDƏR HƏRBİ TEXNİKASI MƏHV EDİLİB? – Siyahıbackend

DÜŞMƏNİN NƏ QƏDƏR HƏRBİ TEXNİKASI MƏHV EDİLİB? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

TİA.AZ Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Beləliklə, sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

–    230-dək tank və digər zirehli texnika;

–    250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

–    38 ədəd hava hücumundan müdafiə vasitələri;

–    10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

–    7 silah-sursat anbarı;

–    130-dan artıq avtomobil texnikası;

–    1 ədəd “S-300” zenit-raket kompleksi.