Düşmən mühasirədən çıxmaq istəyərkən məhv edildi-VİDEObackend

Düşmən mühasirədən çıxmaq istəyərkən məhv edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

TİA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib”, – məlumatda qeyd edilib.