Dünyada mülki əhali hərbçilərdən daha çox adam öldürübbackend

Dünyada mülki əhali hərbçilərdən daha çox adam öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada mülki əhalinin əlində olan silahdan müharibə və terror aktlarında həlak olan insanlardan daha çox adam öldürülüb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Tibb Assosiasiyasının jurnalında dərc olunan statistik araşdırmanın nəticələri bunu göstərir.

Ekspertlər 1990-2016-cı illər ərzində 195 ölkə və ərazidən gələn məlumatları incələyiblər.

Araşdırmada məlumat verilir ki, 1990-2016-cı illər ərzində mülki əhalinin əlində olan silahlarla hər il 209 mindən 251 minə qədər insan öldürülüb. Bu rəqəmə kriminal qətllərdə, məişət zorakılığında, mübahisələrdə həlak olanlar aiddir. Mövcud statistika hərbi münaqişələr, vətəndaş müharibələri və terror aktlarında ölənləri qat-qay qabaqlayır.

Картинки по запросу gunfight

Yalnz 1994-cü ilə burada istisna ola bilər. Belə ki, həmin il Ruandada vətəndaş müharibəsində 551 min insan, “kriminal” savaşlarda isə 232 min insan öldürülüb.

2001-ci ildə isə “mülki” ölümlər “hərbi” qətllər üzərində ən böyük üstünlük nümayiş etdirib: 38 minə qarşı 243 min.

2016-cı ilin məlumatlarında isə “mülki” qətllərdə odlu silahla hücumlar zamanı 164 min (64%), intihar nəticəsində 67,5 min (27%), silahla ehtiyatsız davranış və qəsdən törədilməyən cinayət zamanı isə 23 min (9%) insan dünyasını dəyişib.

Bu cür ölümlərə görə ilk 6 yeri tutan ölkələrin hamısı Amerika qitəsinə mənsubdir. Brazilya bu siyahıda liderlik (43,2 min) edir. Qalan sıraları ABŞ (37,2 min), Meksika (15,2 min), Kolumbiya (13,3 min), Venesuela (12,8 min), Qvatemala (5,09 min) tutublar. Odlu silahla öldürülənlərin 50%-i dünya əhalisinin cəmi 10%-ni tutan bu ölkələrinn payına düşür.

Картинки по запросу mexican drug war

Araşdırmada odlu silahlardan qətlə yetirilənlərin ən çox 20-24 yaşlı insanlar olduğu göstərilib. Onalrın əksəriyyəti kişilərdir-34700 nəfər.

Əhalinin hər 100 min nəfərinə düşən güllələnənlərin sayına görə isə Salvador (38,9), ən az qətl hadisəsinə görə isə Sinqapur (0,1) başçılıq edir.

Rusiyada güllələnib öldürülən insanların hər 100 min nəfərə olan nisbəti 2,9-dur. Ukraynada 1,8; Belarusda 1,7; Almaniyada 1,1; Fransada 3,2, Böyük Britaniyada 0,4,  ABŞ-da 12, Çində 0,2;CAR-da isə 7,1-dir.

Картинки по запросу gunfight

Tədqiqatçıların fikrincə, bu rəqəmlərin bəzi ölkələrdə odlu silahın leqal şəkildə satılması ilə əlaqəsi yoxdur. Məsələn, silahlaırn sərbəst şəkildə satıldığı ABŞ-dan fərqli olaraq, Braziliya və Meksiya kimi ölkələrin əhalisinin əlində daha çox odlu silah var. Üstəlik, sonuncular mütəşəkkil cinayətkarlıqla mübarizədə olduqca əziyyət çəkirlər.

Musavat.com