DİM qəbul imtahanları ilə bağlı MÜHÜM MƏLUMAT YAYDIbackend

DİM qəbul imtahanları ilə bağlı MÜHÜM MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ali təhsil müssisələrinə qəbul imtahanında iştirak üçün qeydiyyat başlayacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildiyimiz kimi, 3 və 10 mart tarixlərində XI siniflər üçün buraxılış imtahanları keçirildi. 3 mart tarixli imtahanın cavabları artıq açıqlanıb, 10 martda keçirilən imtahanın isə cavabları 19 aprelə qədər elan olunacaq.

Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər 15 apreldən 6 maya qədər birinci cəhd qəbul imtahanında iştirak etmək üçün elektron ərizə verməlidirlər.

Birinci cəhd imtahanların II və III qruplar üzrə 26 mayda, I və IV qruplar üzrə 2 iyunda keçiriləcəyi nəzərdə tutulur. Nəticələrindən razı olmayan abituriyentlər may ayının 31-dən iyun ayının 17-nə qədər təkrar ikinci cəhd qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçməlidirlər. İkinci cəhd imtahanının II və III qruplar üzrə 7 iyulda, I və IV ixtisas qrupları üzrə isə 14 iyulda olması nəzərdə tutulur. Ali məktəblərə ixtisas seçiminin isə avqust ayının əvvəlində baş tutacağı gözlənilir.