Dəhşətli epidemiya 7 min 500 adamda görüldü, gözlər qızarır…backend

Dəhşətli epidemiya 7 min 500 adamda görüldü, gözlər qızarır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında “qırmızı göz” xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib.

Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri “qırmızı göz” xəstəliyinin fabriklər, bazarlar və meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.