Cinpinq Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edirbackend

Cinpinq Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin Ukraynada sülhün mümkün qədər tez bərpa olunması və böhranın nəzarətdən çıxmasının qarşısını almaq üçün dörd prinsip təklif edib.

Tribunainfo.az Tass-a istinadən xəbər verir ki,Çin lideri Pekində rəsmi səfərdə olan Almaniya kansleri Olaf Şolz ilə Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

“Birincisi, sülhün və sabitliyin qorunub saxlanmasına üstünlük verməli və eqoist mənfəət güdməkdən çəkinməliyik. İkincisi, atəşə yağ tökmək əvəzinə vəziyyəti soyutmalıyıq. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da artırmamalıyıq. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə xələl gətirməkdən çəkinməliyik”, – deyə agentlik Çin liderinin sözlərini sitat gətirib.