Cənubi Qafqaz müharibə astanasında… “Antiterror əməliyyatları başlaya bilər” -ŞƏRHbackend

Cənubi Qafqaz müharibə astanasında… “Antiterror əməliyyatları başlaya bilər” -ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna, İsrail-İran müharibələrinin Cənubi Qafqaza sıçrama ehtimalı var. Söhbət region ölkələrinin adıçəkilən münaqişələrə tərəf qismində qatılmasından deyil, öz münaqişlərinin aktiv fazaya keçməsindən gedir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi, genişmiqyaslı müharibə planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə isə ənənəvi olaraq Ermənistandan alət kimi istifadə edilir:

“Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır. Ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Rəsmi Bakı delimitasiya prosesinin davam etməsində və sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bununla belə, rəsmi İrəvanın delimitasiya prosesindən yayınması, sülh müqaviləsinin imzalanmasını uzatması gərginlik riskini artırır.

Azərbaycan mövcud geosiyasi vəziyyəti nəzərə alıb Ermənistanı delimitasiya prosesinə qaytarmaq və sülh müqaviləsi istiqamətində danışıqları intensivləşdirmək üçün təzyiq edə bilər. Xüsusilə tez bir zamanda Qazax, Tovuz istiqamətinə əlavə hərbi qüvvə cəlb etməklə İrəvana ciddi olduğumuzu göstərməliyik. Ermənistan bu xəbərdarlıqdan da dərs çıxarmasa, Qazaxın dörd kəndini işğaldan azad etmək üçün antiterror əməliyyatları başlaya bilər.

Rəsmi Bakı üçün prioritet məsələ prosesin sülhlə həlli olsa da, hərb variantı da aktual olaraq qalmalıdır. İndiki məqamda İrəvan Qərbin başının Rusiya-Ukrayna, İsrail-İran müharibələrinə qarışdığını yaxşı bilir. Buna görə də Qazaxın kəndləri məsələsində geri addım ata bilər”.

Nigar