TİA.AZ Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Cəlilabad rayon Prokurorluğu məlumat yayıb.
Məlum olub ki, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlu həmkəndlisinə şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açıb.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.