“Çayxana pəncərəmin qarşısını kəsir” – Şikayətbackend

“Çayxana pəncərəmin qarşısını kəsir” – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayon sakini İlkin Səlimov evinin qarşısında qeyri-qanuni tikinti aparıldığı üçün redaksiyamıza müraciət edib. Şikayətçi “Qafqazinfo”ya bildirib ki, problemlə bağlı bir çox dövlət qurumuna müraciət etsə də, müsbət nəticə əldə edə bilməyib:

“Rövşən Əliyev 8, mənzil 1 ünvanında yaşayıram. Evimin qarşı tərəfində “Həyat” çay evi yerləşir. Bir müddətdir ki, həmin kefe pəncərəmizin düz qarşısında qanunsuz olaraq tikinti işləri aparır. Nəticədə pəncərədən küçəyə görüntü tam bağlanır. Bununla bağlı 26-27 may tarixlərində İcra Hakimiyyətinə müraciət etmişəm, lakin heç bir tədbir görülməyib. Sonra 66 saylı MKİS rəisi Rəşad bəylə danışdım, lakin o da köməklik göstərməkdən imtina edərək qeyd etdi ki, bu, onun səlahiyyətində deyil. Daha sonra 102 xidmətinə müraciət etdim və həmin ərazinin sahə müvəkkili bu məsələyə müdaxilə edərək tikintini dayandırdı. Ancaq bir müddət sonra yenidən inşaat işi başladı.

Qeyd etdiyim ünvanda tikinti aparan şəxslərlə görüşdüyüm zaman bildirdilər ki, hazırda onlarda tikintiyə icazəylə bağlı heç bir sənəd yoxdur. Əvvəldən vurğuladığım kimi tikinti tam qanunsuz şəkildə aparılır”.

“Qafqazinfo” məsələylə bağlı “Həyat çay evi” ilə əlaqə saxlayıb. Məkanın administratoru Müşfiq Aslonov bildirib ki, sözügedən tikili ilə onların hər hansı bir əlaqəsi yoxdu:

“Hazırda tikinti gedən ərazi ilə kafe arasında 20 metrdən çox məsafə var. Bizim həmin tikinti işləri ilə heç bir əlaqəmiz yoxdur”.