Bu pulun iqtisadi əhəmiyyəti yoxdur, amma… – Ekspertbackend

Bu pulun iqtisadi əhəmiyyəti yoxdur, amma… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu pulun iqtisadi əhəmiyyəti yoxdur. Pul nişanları məhdud saydadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Mərkəzi Bank zəfərin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarından danışarkən deyib. Ekspert hesab edir ki, 500 manatlıq nominallar çox sıx sayda dövriyyəyə buraxılan pul nişanı deyil:
“İstifadə oluna bilər, amma mən ehtimal etmirəm ki, onu əldə edənlər ondan pul vasitəsi kimi istifadə etməyə başlasın. Sadəcə onu kimsə alıb evində saxlayacaq. Adından da görünür ki, xatirə pul nişanıdır. Amma ondan pul kimi də istifadə etmək olar. Bu heç da o anlama gəlmir ki, Azərbaycanda 500 nominallı pul nişanı çıxdı”.
Ekspert bunun çox təqdirəlayiq olduğunu bildirib:
“Bizim İkinci Qarabağ Müharibəsində qələbəmiz xatirə pul nişanlarında da əks etdildi. Bu çox gözəl addımdır. Tariximizi xatirə pul nişanlarında əks etdirməliyik. Necə ki, indiyə kimi başqa xatirə pul nişanları emisiya edilmişdir”.
Qeyd edək ki, Mərkəzi Bank zəfərin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarını açıqlayıb. Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edib.