Bu ölkələrdə qızılca və göy öskürək hallarının artmasından sonra  xəbərdarlıq edilibbackend

Bu ölkələrdə qızılca və göy öskürək hallarının artmasından sonra xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ölkələrdə qızılca və göy öskürək hallarının artmasından sonra xəbərdarlıq edilib

ECDC-nin ilkin məlumatları 2022 və 2021-ci illərlə müqayisədə 2023 və 2024-cü illərdə göy öskürək hallarının on dəfə artdığını göstərir.

Tribunainfo.az Euronews-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) daxilində fəaliyyət göstərən Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) üzv ölkələrdə qızılca və göy öskürək hallarının artdığını bəyan edib və peyvənd protokollarına əməl edilməli olduğu barədə xəbərdarlıq edib.

ECDC-nin direktoru Andrea Ammon açıqlamasında peyvəndlə qarşısı alına bilən xəstəliklərdən ölüm nisbətinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, onların əhali arasında yayılmağa davam etdiyini vurğuladı.