Bolqarıstan Rusiya qazından uzaqlaşır – Yeni kontrakt imzalayıbbackend

Bolqarıstan Rusiya qazından uzaqlaşır – Yeni kontrakt imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın qaz operatoru «Bulqartransqaz» Yunanıstanın Aleksandropoldakı sıxılmış təbii qaz (STQ) reqazifikasiyası terminalına tədarük layihəsi ilə nəzərdə tutulmuş həcmin 20 faizini almaq üçün kontrakt imzalayıb.

Terminalın işə başlaması Bolqarıstana imkan verəcək ki, tədricən Rusiya qazından imtina etsin və STQ-a keçsin (Lenta.ru).

Bu zaman Bolqarıstan STQ əldə etdiyinə görə, artıq Rusiyadan qaz almağı azaldıb. Ötən il respublika Yunanıstan terminalı üzərindən 0,5 milyard kubmetr qaz alıb. Mart ayında isə bolqarlar yeni kontraktla «Qazprom»dan maksimum – 40 faiz güzəşt əldə ediblər.

Sazişin daha bir nəticəsi də bu olacaq ki, Rusiya monopolistinin əsas müştərilərindən yalnız Serbiya, Macarıstan, Avstriya və Çexiya yaxın gələcəkdə STQ-a birbaşa çıxış əldə edə bilməyəcəklər. Ancaq sonuncu 3 ölkə ümumavropa qaz sisteminə yaxşı inteqrasiya olunub.

Bu ərəfədə məlum olub ki, Rusiyadan Türkiyəyə qaz tədarükü yanvar-iyun aylarında illik göstəriciyə hesablanmaqla 41,5 faiz azalıb. Belə ki, cari ilin birinci yarısında Rusiyadan 4,68 milyard kubmetr qaz idxal olunub, ötən il bu rəqəm 7,99 milyard kubmetr təşkil edib.

Ötən il Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr arasında lider olub. İndi isə Türkiyəyə nəhəng qaz tədarukçüsü yerini Azərbaycan tutub. Belə ki, ölkəmizdən qardaş Türkiyəyə cari ilin birinci yarısında qaz ixracı 23,4 faiz (5,44 milyard kubmetrə qədər) artıb. Bu da qaz tədarükünün TANAP qaz kəməri vasitəsi ilə atması hesabına baş verib. Üstəlik də ötən həftə məlum olub ki, Türkiyənin «Fatih» qazma gəmisi Qara dənizdə təxmini həcmi 320 milyard kubmetr olan qaz yatağı kəşf edib. Türkiyə prezidenti R.T.Ərdoğan bəyan edib ki, bu, Qara dənizdə ən böyük qaz ehtiyatıdır.

Türkiyənin maliyyə naziri Berat Albayraq isə bəyan edib ki, Qara dənizdə qaz yatağının kəşfi ölkəni üçüncü ölkələrin asılılığından qurtaracaq.