“Bank of Baku” vətəndaşların etibarını 3 dəfə itiribbackend

“Bank of Baku” vətəndaşların etibarını 3 dəfə itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Tribunainfo.az  banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə azalaraq 3,5 milyon manat təşkil edib.

2023-cü ilin müvafiq dövründə bank 9,54 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 18.7% artaraq 35,22 milyon manat, faiz xərcləri isə 51.8% artaraq 13,24milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3.8 milyon manata ( illik müqayisədə 75% çox ), qeyri-faiz xərcləri isə 19.3 milyon manata ( illik müqayisədə 27.1% çox) bərabər olub.

Beləliklə, bank bu dövrdə 6,55 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 18% azdır.