Bakıda rus maşınları yığılacaq – məmurların yeni biznesi…backend

Bakıda rus maşınları yığılacaq – məmurların yeni biznesi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb ki, Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq. Tribunainfo.az yazır ki, istehsal olunmayacaq, məhz yığılacaq. Ekspertin fikrincə, hansısa məmur Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə rüsum-vergi ödənilir, maşınları tam hazır, amma məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi. “Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir – bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir. Vəssalam…”

Roman