“AzToyuq” MMC cərimələndibackend

“AzToyuq” MMC cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzToyuq” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsini gömrük qaydaları əleyhinə olan 505-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad oluna bilər.

“AzToyuq” MMC-nin işinə 19 aprel tarixində Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Nigar