“Aztelekom”u cərimələdilərbackend

“Aztelekom”u cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aztelekom” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsini 462.1-ci maddəsii pozub. Belə ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Mərkəzi Banka təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İşə 2 may tarixində Yasamal Rayon Məhkəməsində hakim Rəşad avadzadənin sədrliyi ilə baxılacaq.

Nigar