Azercell-in Barama Mərkəzi “Gələcəyi qur” layihəsində məktəblilərə dəstək oldubackend

Azercell-in Barama Mərkəzi “Gələcəyi qur” layihəsində məktəblilərə dəstək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir.

Mərkəz bu dəfə “Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və “Junior Achievement Azerbaijan”ın təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsində tərəfdaş kimi çıxış edir. Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda, uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bu günə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi “Məqsədli Karyera” təlim proqramına cəlb edib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yarandığı gündən etibarən bilik və bacarıqların artırılması məqsədilə məktəblilər üçün bir sıra maraqlı layihələr həyata keçirib. Seminar və təlimlərin təşkili, yay-qış məktəb proqramlarının həyata keçirilməsi və olimpiadalara hazırlıq kurslarında məktəblilərə dəstək Baramanın əsas fəaliyyət istiqamətlərindəndir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faiz (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.