Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib. Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir.
Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.