Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndin ümumi sayı 7 milyonu ötdübackend

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndin ümumi sayı 7 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.