Azərbaycanda *9111 taksi xidmətində erməni dilində proqram-Qarabağ Arçax kimi  qeyd edilir-ÖZƏL (VİDEO)backend

Azərbaycanda *9111 taksi xidmətində erməni dilində proqram-Qarabağ Arçax kimi qeyd edilir-ÖZƏL (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkə bazarında günü-gündən çoxalan taksi xidməti təklif edən şirkətlərdən şikayətlər artıb.

TİA.AZ bildirir ki,adətən bu şikayətlər müştərilərin həmin taksi şirkətləri tərəfindən aldadılması ilə  bağlı olur.  Amma  məşhur  taksi şirkəti olan *9111 –dən olan şikayət bu dəfə tamam başqa səpkidədir.Belə ki,Facebook sosial şəbəkəsi İstifadəçilərindən biri *9111 taksi xidməti şirkətini ərazi bütövlüyümüzü tanınamaqda ittiham edir və onu boykot etməyə çağırır.

İstifadəçinin paylaşdığı videonu və şərhini olduğu kimi təqdim edirik:

“9111 taksi xidməti, sürücülərə yazdırdığı proqramda və ətraf rayonlar daxil Qarabağ erməni dilində verilib. Buna etiraz edən sürücülər isə aşağılanmış və hədələnmişdir. 9111 taksi xidmətinin ukraynalı iş adamına məxsus olması bildirilir. Ərazi bütovlüyümüzü tanımayan şirkətlərin məhsul və xidmətlərini baykot edək”.

TİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq.