Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATIbackend

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən günorta saatlarında Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubova şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalının kənarına gedərkən video çəkiblər. Həmin video sosial şəbəkələrdə yayılıb.

Videoda qızlardan biri “burdan dönüş yoxdu”, “ayaqqabılarım batıb” deyir, ön tərəfdə gedən qız isə “arxda yuyulacaq” deyə cavab verir.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, hadisə yerindən qızların çantaları, mobil telefonları tapılıb. Bu da onların məqsədli şəkildə su kanalına yaxınlaşması ehtimalını gücləndirib.

Bildirilir ki, vəfat edən qızlardan Arifə Niftəliyevanın atası Ceyhun Niftəliyev bir neçə il əvvəl bədbəxt hadisə nəticəsində vəfat edib. O, Fatimə ilə birlikdə repititor yanına hazırlığa gedirmiş.

Baş Prokurorluğun Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.