“Azərbaycan Sənaye Bankı” üç ayda 10 milyonluq depozitini itirib – DETALLARbackend

“Azərbaycan Sənaye Bankı” üç ayda 10 milyonluq depozitini itirib – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel 1-nə “Azərbaycan Sənaye Bankı”nın aktivləri ilin əvvəlki illə müqayisədə 1.4% və ya 10.2 milyon manat azalaraq 739 milyon 34 min manata enib.

İqtisadiyyat.az banka istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 5.2 milyon manat azalaraq 251 milyon 301 min manata bərabər olub.

Bu dövrdə ASB-nin cəmi öhdəlikləri 623 milyon 830 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 11 milyon manat azdır. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 2.2% və ya 9.8 milyon manat azalaraq 448 milyon 809 min manata enib. Fiziki şəxslərin depozitləri 305 milyon 542 min manat (1.5% azalıb), hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 143 milyon 266 min manat (3.5% azalıb) təşkil edib.

2023-cü il aprel ayının 1-nə “Azərbaycan Sənaye Bankı” nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 0.8% və ya 883 min manat artaraq 115 milyon 203 min manat təşkil edib.