Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcəkbackend

Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Tribunainfo.az-ın məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.