Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcəkbackend

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasında 31-ci tur davam edir. 
 
Tribunainfo.az-ın məlumatına görə, turun ikinci oyun günündə iki qarşılşama baş tutacaq.
Əvvəlcə “Qəbələ” səfərdə artıq çempionluğu təmin etmiş “Qarabağ”ın qonağı olacaq. Fərid Hacıyevin idarə edəcəyi görüş saat 16.30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Günün son matçı isə Zirədə olacaq. Qəsəbə təmsilçisi doğma meydanda “Neftçi”ni qəbul edəcək. Saat 19.00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Turun qalan iki görüşü isə sabah, aprelin 21-də baş tutacaq.
16.30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

19.00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
Turun dünən baş tutmuş bir qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb
“Turan Tovuz” – “Sumqayıt” 1:4
“Qarabağ” – 72, “Sumqayıt” – 47, “Neftçi” – 47, “Zirə” – 46, “Sabah” – 43, “Turna Tovuz” – 42, “Səbail” – 39, “Araz-Naxçıvan” – 32, “Kəpəz” – 31, “Qəbələ” – 16