Azərbaycan millisi yenə böyük hesabla uduzdu – Bu dəfə 0:3…backend

Azərbaycan millisi yenə böyük hesabla uduzdu – Bu dəfə 0:3…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Tribunainfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.
“Qarabağ Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib – 3:0.
Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.
U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.