Avstriyadan İrana səyahət xəbərdarlığı: Dərhal ölkəni tərk edinbackend

Avstriyadan İrana səyahət xəbərdarlığı: Dərhal ölkəni tərk edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avstriya Xarici İşlər Nazirliyi İranın İsraili vurması ehtimalı ilə bağlı yarana biləcək gərginlik səbəbindən bu ölkədə yaşayan vətəndaşlarına səslənib.
 Tribunainfo.az xəbər verir ki, Avstriya vətəndaşlarına ən yaxın xarici nümayəndəliklə əlaqə saxlayıb ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
İsrailin aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin binasına hücumundan sonra, indi hamı Tehran administrasiyasının atacağı addımı gözləyir.
Vətəndaşlarının həyatı təhlükəsindən narahat olan Avstriya Xarici İşlər Nazirliyi İran, İraq və Livana səyahət etməməyi bildirib.
Nazirlik bu 3 ölkədə gərginliyin ən yüksək səviyyədə olduğunu bildirərək, bu bölgədəki avstriyalılara təhlükə riskinin çox yüksək olduğu üçün çox diqqətli olmaları barədə xəbərdarlıq edib.