Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi…”backend

Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağ Ev sözçüsü Jen Psaki brifinq zamanı ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı “geri çəkilmədiyini” və narahatlıqlarını açıq şəkildə söylədiyini deyib.
TİA.AZ xəbər verir ki, Psaki “Bayden söhbət prezident Putin və Rusiya rəhbərliyinin hərəkətlərindən gedərkən bir an da greri durmadı, hər şeyi açıq bildirdi”, – deyə bildirib.
Mətbuat katibi əlavə edib ki, söhbətdə Amerika prezidentinin “aydın məqsədləri” var idi ki, o da bunları reallaşdırmağı bacardı.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ başçıları Vladimir Putin və Co Bayden arasında ilk söhbətin təfərrüatlarını açıqlamışdı.