Avropa Liqasının finalçıları bəlli oldubackend

Avropa Liqasının finalçıları bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının finalçıları bəlli olub.
Tribunainfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Atalanta” və “Bayer” (Leverkuzen) üz-üzə gələcək.

Bu gün keçirilən yarımfinal matçlarında “Atalanta” “Marsel”i 3:0 (ümumi hesab 4:1) məğlub edərək finala adlayıb. “Bayer” isə evdə “Roma” ilə qarşılaşıb. Almanlar italyanlarla evdə 2:2-lik bərabərliyə imza atsa da, ümumi hesabda 4:2-lik üstünlüklə həlledici oyuna vəsiqə əldə edib.