Paşinyan və Putin anlaşdı: Rus qoşunları Azərbaycanla sərhəddə dayanmayacaqbackend

Paşinyan və Putin anlaşdı: Rus qoşunları Azərbaycanla sərhəddə dayanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva və İrəvan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bəzi bölgələrindən çıxarılması barədə razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, Peskovun sözlərinə görə, 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra rayonlarında yerləşdirilib (Azərbaycanla şərti sərhəd nəzərdə tutulur. red.).
“Paşinyan dedi ki, bu gün dəyişmiş şərtlərə görə artıq buna ehtiyac yoxdur, prezident Putin də bununla razılaşdı və bizim hərbçilərin və sərhədçilərin geri çəkilməsi məsələsi razılaşdırıldı”, deyə o bildirib.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.
“Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər”, – Peskov əlavə edib.
13.27
Tavuş, Vayots Dzor, Ararat və Qeqarkunik bölgələrində Rusiya hərbi və sərhəd mühafizə postları sərhədlərdən çıxarılacaq.
Bu barədə Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, müvafiq razılaşma daha əvvəl ən yüksək səviyyədə əldə olunub. Görünür, deputat Ermənistan və Rusiya liderlərinin Moskvada dünənki görüşünü nəzərdə tutur.
Postlar 44 günlük müharibə zamanı və ondan sonra yaradılıb. Tərəflər həmçinin İrəvan Zvartnots hava limanı ərazisində Rusiya sərhədçilərinin fəaliyyətini dayandırmaq barədə razılığa gəliblər.