“Abşeron Hotel Qrup”a cərimə yazılıbbackend

“Abşeron Hotel Qrup”a cərimə yazılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abşeron Hotel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki,  Dövlət Statistika Komitəsi MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə potokolu tərtib edib.

Buna səbəb isə statistik məlumatların verilməsi qaydalarını pozması olub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Anar İbadzadənin icraatına verilib.

MMC-nin barəsində protokol tərtib olunan maddədə deyilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Abşeron Hotel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyət hotel idarəetmə şirkətidir. Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan Four Seasons Baku, JW Marriott Absheron Baku və The Ritz-Carlton, Baku* kimi üç lüks hotelə malikdir.

Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunmuşdur:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel