17 il sonra günahsız olduğu məlum oldu – 3 milyon təzminat alacaqbackend

17 il sonra günahsız olduğu məlum oldu – 3 milyon təzminat alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İtaliyada günahsız yerə 17 il həbsdə yatan Somali əsilli Haşi Omar Hassan Roma məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, günahsız olduğu təqdirdə 17 il azadlıqdan məhrum edildiyi üçün Hassana 3 milyon avro məbləğində təzminat ödəniləcək.
Qeyd edək ki, o, 1994-cü ildə xəbər hazırlamaq üçün Somaliyə gedən RAI televiziyasının müxbiri İlaria Alpi və operator Milan Hrovatinanı öldürməkdə təqsirli bilinmiş və 2001-ci ildə Romada saxlanılaraq həbs edilmişdi.