Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi- VİDEObackend

Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa ugrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq bir anda sosial şəbəkələrdə gündəminə düşdü. O, özü yaralı olsa da, güc toplayaraq yaralı əsgər yoldaşlarını bir- bir döyüş zonasından çıxardı.

TİA.AZ-ın məlumatına görə, söhbət Samux sakini Babək İsmayılovdan gedir.

O, Vətən müharibəsi başlayanda valideyinləri və doğmaları ilə halallaşaraq döyüşə yollanıb.

Döyüşlər zamanı Babək İsmayılov yaralanmış 23 əsgəri ərazidən uzaqlaşdıraraq həyatlarını xilas etməsi valideynlərinin ürəyini dağa döndərib. O da Şuşanın azad edilməsi uğrunda gedən döyüşdə yaralanıb.

Babək İsmayılov hazırda müalicə alır. Onun özü ilə görüşə bilməsək də, telefon əlaqəsi yaradıb, hal əhval tutduq.

İndi Babəklə təkcə öz ailəsi deyil, bütün Azərbaycan xalqı qürur duyur.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: